Hadisə

Yevlaxda ağır qəza: 20-yə yaxın yaralı var

Yevlaxda ağır qəza: 20-yə yaxın yaralı var

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə rayon ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (apa)

Demokrat.az

NE
Nihadə Eyyubova