Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Demokrat.azxəbər verir ki, bu barədə APA-ya onun oğlu Ayxan İslamzadə məlumat verib.
Onun sözlərinə görə, Akif İslamzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə alır.
"Dünən axşam ürəyinə stent qoyulub. Hələlik həkimlər vəziyyəti ilə bağlı dəqiq məlumat verməyiblər", - Ayxan İslamzadə bildirib.
Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
*** 08.05.2026 00:14
Müğənni infarkt keçirib.
Təcili yardımınilkin müdaxiləsindənsonra A.İslamzadə xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan Axşam.az-a açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib:
“Həkimlər baxış keçirir”.


