Cəmiyyət Özəl

Bugün qısa iş günüdür

Bugün qısa iş günüdür

Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram qabağı iş günlərində iş vaxtının müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

Demokrat.az xəbər verir ki, bu qayda may ayında iki dəfə tətbiq olunacaq.

İlk qısaldılma 8 may tarixinə təsadüf edir. 9 May – Faşizm üzərində Qələbə Günü qeyri-iş günü olduğu üçün ondan əvvəlki gün, yəni 8 mayda işçilər evə bir saat tez gedəcəklər.

Bənzər hal ayın sonunda da yaşanacaq. 27 mayda Qurban bayramı tətili başladığı üçün 26 may tarixində də iş vaxtı bir saat azaldılacaq. Beləliklə, mayın 26-da iş yerlərini tez tərk edən vətəndaşlar ardınca 5 günlük uzun istirahətə başlayacaqlar.

Demokrat.az

NE
Nihadə Eyyubova