Dünya

Paşinyan Moskvadakı parada getməyəcək

Paşinyan Moskvadakı parada getməyəcək

Ermənistan Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak etməyəcək.

Demokrat.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyan hökumətin iclasında açıqlayıb.

O bildirib ki, seçkiqabağı kampaniya səbəbindən parada qatılmayacaq.

Paşinyan həmçinin əlavə edib ki, aprelin 1-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı onu bu barədə məlumatlandırıb.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.

Demokrat.az

NE
Nihadə Eyyubova