Kriminal

Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt stadionunda faciəvi hadisə

Sumqayıt şəhəri Mehdi Hüseynzadə küçəsində yerləşən stadiondan meyit tapılıb.

Hadisə mayın 6-sı saat 09 radələrində qeydə alınıb.

Stadiondakı idman zalından oranın inzibatçısı Zəngilan rayon sakini 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovun meyiti aşkar edilib.

Gənc oğlanın həyatına qəsd etdiyi bildirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (qafqazinfo)

Demokrat.az

NE
Nihadə Eyyubova