Ürək xəstəlikləri riskini azaldan ən faydalı içkinin adı məlum olub. Dietoloq Karen Qreça bu barədə "Eating Well" nəşrinə verdiyi müsahibədə ətraflı məlumat paylaşıb.
Demokrat.az xəbər verir ki, mütəxəssis yaşıl çayın ürək sağlamlığı üçün əvəzolunmaz olduğunu bildirib. Onun sözlərinə görə, bu içkinin tərkibindəki katexin adlı bitki antioksidantları orqanizmdəki "pis" xolesterinin səviyyəsini nəzərəçarpacaq dərəcədə aşağı salır. Eyni zamanda yaşıl çay bədəndəki iltihab proseslərini azaldaraq ürək-damar sistemini qoruyur.
"Yaşıl çaydakı katexinlər güclü antioksidant təsirə malikdir. Onlar sərbəst radikalları tapıb məhv edir, aqressiv metalları zərərsizləşdirir və zərərli oksidləşmə reaksiyalarının qarşısını alır" – deyə Qreça qeyd edib.
Dietoloq vurğulayıb ki, bu proseslər qan damarlarını qorumaqla yanaşı, arteriyalarda təhlükəli tıxacların və lövhələrin yaranmasına mane olur.
İsmayıl Demokrat.az


