Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin terapevti Gülər Miriyeva işdən çıxıb.
Demokrat.az xəbər verir ki, NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə o, xidmətdə olmanın son yaş həddinə çatdığına görə bu gün təqaüdə yola salınıb.
Qeyd edək ki, G.Miriyeva uzun illər ərzində Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərib.

Demokrat.az


