Hadisə Özəl

Ata bilmədən 2 yaşlı oğlunun ölümünə səbəb oldu — VİDEO

Ata bilmədən 2 yaşlı oğlunun ölümünə səbəb oldu — VİDEO

Türkiyənin Mersin vilayətində ailə faciəsi yaşanıb. Atasının idarə etdiyi avtomobilin altında qalan balaca uşaq həyatını itirib.

Demokrat.az xəbər verir ki, hadisə şəhərin Yenişəhər rayonunda qeydə alınıb.

Məlumata görə, 38 yaşlı sürücü M.S. avtomobilini park etməyə çalışarkən ehtiyatsızlıq edib. Bu zaman o, nəqliyyat vasitəsinin yaxınlığında olan 2 yaşlı oğlu A.S.-ni görməyərək onu əzib. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb.

Həkimlərin bütün səylərinə baxmayaraq, ağır xəsarətlər alan uşağın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova