Dünya Özəl

Putin Əraqçi ilə görüşəcək

Putin Əraqçi ilə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Araqçi ilə görüşəcək.

Demokrat.az xəbər verir ki, görüş sabah, yəni aprelin 27-də baş tutacaq. Rusiya prezidenti Moskvada İranın xarici işlər naziri Abbas Araqçını qəbul edəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

İranın Rusiyadakı səfiri Kazem Cəlalinin sözlərinə görə, tərəflər Yaxın Şərqdəki mövcud vəziyyəti və ABŞ ilə aparılan danışıqların gedişatını müzakirə edəcəklər. Səfər çərçivəsində regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Demokrat.az

NE
Nihadə Eyyubova