Sağlamlıq Özəl

Çox adam xəbərsizdir, orqanları sıradan çıxarır — Kardioloq

Çox adam xəbərsizdir, orqanları sıradan çıxarır — Kardioloq

Yüksək arterial təzyiq heç bir spesifik əlamət göstərmədən illərlə orqanizmi daxildən zədələyə bilər.

Demokrat.az-ın məlumatına görə kardioloq Nataliya Bulanova bildirir ki, bir çox insan təzyiqinin yüksək olduğundan xəbərsiz yaşayır və yalnız ölçmə zamanı real mənzərə ortaya çıxır.

Həkimin sözlərinə görə, uzun müddət davam edən yüksək təzyiq ürək, beyin, böyrəklər və damarlar kimi həyati vacib orqanları sıradan çıxarır. Ən qorxulu məqam isə ağırlaşmaların qəfildən baş verməsidir. Çox vaxt xəstəni xəstəxanaya çatdırmaq mümkün olmur və dramatik nəticələr qaçılmaz olur.

Xüsusilə 55 yaşdan yuxarı kişilər və 65 yaşdan yuxarı qadınlar təzyiq göstəricilərini mütləq bilməlidirlər. Əgər rəqəmlər 140/90 və daha yüksəkdirsə, dərhal həkimə müraciət edilməlidir. Müalicənin əsas məqsədi yalnız rəqəmləri aşağı salmaq deyil, ürək-damar fəsadları riskini minimuma endirməkdir.

Nataliya Bulanova qeyd edir ki, təzyiq müalicəsi uzunmüddətlidir və özünü yaxşı hiss etdikdə dərmanları dayandırmaq böyük səhvdir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova