Şou-biznes Özəl

Türkiyə gözəli indi çörək sexində işləyir — FOTOLAR

Türkiyə gözəli indi çörək sexində işləyir — FOTOLAR

Türkiyəni beynəlxalq arenada təmsil edən tanınmış model İrmak Öztaşın yeni iş yeri hər kəsi təəccübləndirib. "Miss Turkey", "World Miss University" və "Best Model" kimi nüfuzlu yarışmaların iştirakçısı olan Öztaş moda dünyasından çörək sexinə keçid edib.

Demokrat.az xəbər verir ki, uzun müddət işsiz qalan model İzmirin Göztəpə səmtindəki sexlərin birində satıcı kimi fəaliyyətə başlayıb. Bu barədə o, sosial media hesabında paylaşım edərək izləyicilərinə məlumat verib.

İrmak Öztaş yeddi ay ərzində ixtisasına və təcrübəsinə uyğun iş tapa bilmədiyini qeyd edib. İzmir İqtisadiyyat Universitetinin tərcüməçilik fakültəsinin məzunu olan gənc qadın yüksək səviyyədə ingilis dili bilir.

O, əvvəllər turizm, media, məzmun istehsalı və xidmət sahələrində çalışsa da, son dövrlər ciddi çətinliklərlə üzləşib.

Türkiyə gözəli indi çörək sexində işləyir — FOTOLAR
Türkiyə gözəli indi çörək sexində işləyir — FOTOLAR
Türkiyə gözəli indi çörək sexində işləyir — FOTOLAR

Modelin bu qərarı sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bəzi istifadəçilər onun zəhmətsevərliyini təqdir etsə də, bəziləri təhsilli və bacarıqlı gənclərin öz sahələrində iş tapa bilməməsini təəssüflə qarşılayıb. Hazırda Göztəpədəki sexdə piştaxta arxasında dayanan Öztaş yeni işindən çəkinmədiyini və həyatına bu şəkildə davam etdiyini bildirib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova