Ölümün pəncəsindən qayıdan məşhur sənətçi elə bir qərar verdi ki, indi hər kəs onun övladlarının bu xəbərə necə reaksiya verəcəyini maraqla gözləyir. İbrahim Tatlıses illərdir topladığı bütün sərvətini ailəsinə deyil, tamamilə başqa bir ünvana yönəltməyi seçdi.
Demokrat.az xəbər verir ki, türkiyəli müğənni İbrahim Tatlıses vəsiyyəti ilə bağlı gözlənilməz açıqlama verib.
Ağır virus infeksiyası səbəbindən xəstəxanaya yerləşdirilən və səhhəti pisləşən 74 yaşlı sənətçi müalicəsi bitdikdən sonra jurnalistlərin qarşısına çıxıb. Ölümlə üz-üzə gəldiyi anlarda gələcək planlarını dəqiqləşdirən sənətçi bütün var-dövlətini dövlətə bağışladığını elan edib. İllərdir qazandığı milyonlarla manatlıq mirasın taleyi barədə danışan Tatlıses qərarının qəti olduğunu vurğulayıb.
Sənətçi mirası ilə bağlı sərt ifadələr işlədib. O, bu addımını belə izah edib.
“Pulu mən qazanmışam, kimə nə? Dövlətə bağışlayıram”.
Onun bu çıxışı qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Bir çoxları sənətçinin bu qərarını alqışlasa da, onun çoxsaylı övladlarının və yaxınlarının bu mirasa iddialı olub-olmayacağı sual doğurur. Xatırladaq ki, sənətçi bir neçə gün əvvəl ciddi sağlamlıq problemləri yaşadığı üçün təcili xəstəxanaya aparılmışdı.
Jalə Demokrat.az


