“Qala Həyat Sığorta Şirkəti” ASC müştərilər üçün daha əlçatan və çevik sığorta həlləri təqdim etməyə davam edir.
Demokrat.az xəbər verir ki, şirkət bu dəfə büdcəyə uyğun, rahat və ehtiyaclara cavab verən yeni sığorta paketlərini istifadəyə verib.
Təklif olunan sığorta paketləri müştərilərə həm maliyyə planlamasında rahatlıq yaradır, həm də mümkün risklərə qarşı etibarlı qorunma təmin edir.
Yeni paketlər zərərsiz və itkisiz sığorta prinsipi əsasında hazırlanıb və fərqli ehtiyaclara uyğun seçim imkanı yaradır.
Yeni təqdim olunan paketlər aşağıdakılardır:
A Paketi
Sığorta məbləği: 500 AZN-dən başlayır Sığorta haqqı: 150 AZN-dən başlayır
B Paketi
Sığorta məbləği: 1000 AZN-dən başlayır Sığorta haqqı: 150 AZN-dən başlayır
Hər iki paket fərqli maliyyə imkanlarına malik şəxslər üçün nəzərdə tutulub və istifadəçilərə öz ehtiyaclarına uyğun optimal seçim etməyə şərait yaradır.
Ətraflı məlumat əldə etmək və müraciət etmək istəyənlər “Qala Həyat Sığorta Şirkəti”nin ofisinə yaxınlaşa və ya aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərlər:
Ünvan: Bakı şəhəri, İzmir küçəsi 5A Qaynar xətt: 1540 Telefon: (012) 404 77 74


