Maraqlı

Aprelin son günləri onların gəlirləri artacaq

Aprelin son günləri onların gəlirləri artacaq

Aprelin sonuna sayılı günlər qalmış, ulduzlar pul kisələrimiz üçün əsl "fırtına" xəbərdarlığı edir. Bu ayın əvvəlindən başlayan gərginlik və ani qərarların təsiri hələ də davam edir. Tanınmış astroloq Vasilisa Volodinanın proqnozlarına görə, 2026-cı ilin apreli maliyyə dünyamızda illərlə silinməyəcək izlər qoyacaq bir dönəm kimi yadda qalacaq.

Demokrat.az xəbər verir ki, bunu astroloq Vasilisa Volodina ayın yekunları və qarşıdakı həlledici günlərlə bağlı danışarkən deyib. O bildirib ki, aprelin 22-dən etibarən maliyyə sularında nisbi sakitlik yaransa da, əsas təhlükə hələ tam keçməyib. Xüsusilə son bir neçə gündə yaşanan texniki nasazlıqlar və gözlənilməz xərclər bir çox büdcəni sarsıdıb. İndi isə səhv addımları düzəltmək və may ayına itkisiz keçmək üçün ən kritik məqamdır.

Uranın Əkizlər bürcünə keçidi ayın sonunda nəqliyyat, informasiya və təhsil sahəsində yeni fürsətlər vəd edir. Astroloq vurğulayır ki, hazırda boş qalan vəsaitləri məhz bu istiqamətlərə yönəltmək gələcək üçün ən ağıllı investisiya ola bilər.

Ayın qalan günlərində bürcləri bunlar gözləyir:

Qoç: Tələsik verilən qərarların maliyyə nəticələri ilə üzləşməli olacaqsınız, emosional alış-verişdən uzaq durun. Buğa: Ayın sonu gözlənilməz xərclər qapıdadır, ehtiyat üçün saxladığınız pullara toxunmalı ola bilərsiniz. Əkizlər: Köhnə tanışlar və yarımçıq qalmış layihələr sayəsində yeni qazanc fürsətləri yaranacaq. Xərçəng: Ev və ailə qayğıları büdcənizdə boşluq yaratsa da, qazandığınız nüfuz tezliklə gəlirə çevriləcək. Şir: Əvvəllər kiməsə etdiyiniz kömək indi sizə gözlənilməz maddi dəstək kimi qayıda bilər. Qız: Borc və kredit məsələlərində son nöqtəni qoymaq üçün ideal vaxtdır, rəqəmlərə qarşı diqqətli olun. Tərəzi: Başqalarından asılılıq davam edir, lakin prestij naminə edilən mənasız xərclər sizi çətinə sala bilər. Əqrəb: Gəlirləriniz yalnız öz əməyinizdən asılı olacaq, bu günlərdə göstərdiyiniz səy mayda bəhrəsini verəcək. Oxatan: İş yerində xoş bonuslar ehtimalı var, lakin köhnə borclar yenidən gündəmə gələ bilər. Oğlaq: Daşınmaz əmlak və təmirlə bağlı xərcləriniz artsa da, bu investisiyalar özünü doğruldacaq. Dolça: Yeni texnologiyalar və qadcetlər üçün impulsiv xərclərdən qaçın, ağlınıza gələn ideyaları may üçün saxlayın. Balıqlar: Ayın sonu sizi ev rahatlığı və uğurlu alış-verişlərlə sevindirəcək, maliyyə tələlərinə düşməmək üçün ehtiyatı əldən verməyin.

Yəni, aprel ayı bitməyə doğru getsə də, ayın qalan günlərində ağıllı hərəkət etmək və impulsiv xərclərdən qaçmaq büdcənizi növbəti aya sağ-salamat çıxarmağa kömək edəcək.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova