Hadisə

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verdi

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verdi

Beyləqan rayonunda yanğın hadisəsi qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Yeni Mil qəsəbəsində ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

D
demokrat.az