İqtisadiyyat Özəl

SSRİ asılılığından qlobal rəqabətə: Azərbaycanın uğurlu iqtisadi keçidi — ŞƏRH

SSRİ asılılığından qlobal rəqabətə: Azərbaycanın uğurlu iqtisadi keçidi — ŞƏRH

Dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artdığı bir şəraitdə Azərbaycanın qeyri-neft sektoru və investisiya mühiti yüksək dayanıqlılıq nümayiş etdirir. 2026-cı ilin birinci rübündə qeyri-neft sənayesində 7%, informasiya və rabitə sektorunda isə 9,2% artım qeydə alınmışdır. Eyni zamanda, adambaşına düşən gəlirlərin 6,6% artması və beynəlxalq maliyyə qurumlarının (BVF və Dünya Bankı) Azərbaycan üzrə artım proqnozlarını yüksəltməsi həyata keçirilən islahatların effektivliyini təsdiqləyir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a bildirib ki, Azərbaycan təkcə dövlət müstəqilliyini bərpa etmədi, eyni zamanda fərqli siyasi-iqtisadi formasiyadan digərinə keçid etdi:

“Sovet dövründə ölkə iqtisadiyyatının əhəmiyyətli hissəsi neft sektoru ilə bağlı idi, digər sahələr isə SSRİ-nin müxtəlif bölgələri ilə sıx inteqrasiya olunmuşdu. Bu sistem elə qurulmuşdu ki, müttəfiq respublikalar müstəqillik qazandıqdan sonra da iqtisadi baxımdan mərkəzdən asılı qalsınlar. Bu gün Azərbaycan bir tərəfdən neft sektorunu inkişaf etdirir, digər tərəfdən isə yeni iqtisadi sahələrin formalaşdırılmasına çalışır. Bu proses asan deyil. Çünki ölkə həm öz məhsulları ilə dünya bazarına çıxmalı, həm də digər ölkələrin məhsulları ilə rəqabət aparmalıdır. Buna baxmayaraq, qeyri-neft sektorunda və ixracda artım müşahidə olunur”.

O deyib ki, bu artım statistik göstəricilərdə də öz əksini tapır:

“Xüsusilə adambaşına düşən ümumi daxili məhsulun yüksəlməsi və qeyri-neft sektorunun inkişafı diqqəti cəlb edir. İşğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dövriyyəyə cəlb olunması gələcək inkişaf üçün geniş perspektivlər yaradır. Həyata keçirilən tədbirlər zaman keçdikcə daha böyük və davamlı nəticələrlə özünü göstərəcək”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova