Hadisə

“Moyka”da yuduğu maşını qaçırıb, qəza törətdi

“Moyka”da yuduğu maşını qaçırıb, qəza törətdi

Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən Demokrat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.

Araşdırma aparılır.

Demokrat.az

NE
Nihadə Eyyubova