Cəmiyyət

"Azərpoçt"a yeni rəhbər təyin olundu — FOTO

Azərpoçta yeni rəhbər təyin olundu — FOTO

“Azərpoçt” MMC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib. Uzun müddətdir qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev postunu tərk edib.

Demokrat.az xəbər verir ki, İsi Mustafayev fəaliyyətini özəl sektorda davam etdirəcək. O, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə gətirilib. Qeyd edək ki, İ. Mustafayev 2000-ci ildən bəri müxtəlif bank və şirkətlərdə rəhbər vəzifələrdə çalışmış, 2021-ci ildən isə “Azərpoçt”un rəhbərliyində təmsil olunmuşdu.

“Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrası isə Manaf Babayevə tapşırılıb. Yeni rəhbər bu təyinata qədər Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) məsul vəzifədə çalışıb. O, holdinqin baş maliyyə direktorunun müavini postunu tutub.

Fotoda:Manaf Babayev

Azərpoçta yeni rəhbər təyin olundu — FOTO

Demokrat.az

NE
Nihadə Eyyubova