Hadisə

Bakıda ticarət mərkəzinin qarşısında faciə

Bakıda ticarət mərkəzinin qarşısında faciə

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Demokrat.az APA-ya istinadən bildirir ki, hadisə Binə ticarət mərkəzinin qarşısında baş verib.

1958-ci il təvəllüdlü Mahmudov Elbəy Səfər oğlu ticarət mərkəzindən çıxıb əks istiqamətə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az