Dünya

Türkiyədə son iki gündə məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb — YENİLƏNİB

Türkiyədə son iki gündə məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb — YENİLƏNİB

Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb.

"TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, məktəblərə hücumlardan sonra aparılan işlər çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 "Telegram" qrupu bağlanıb.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb. (report)

*** 08:56

Şanlıurfanın Siverek rayonunda yerləşən Əhməd Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı aparılan istintaq çərçivəsində saxlanılanların sayı 16-ya yüksəlib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik Baş İdarəsi açıqlama yayıb.

Bildirilib ki, 14 apreldə baş verən insidentlə əlaqədar araşdırmalar davam edir.

Qeyd olunub ki, aparılan əməliyyatlar nəticəsində ümumilikdə 16 şübhəli saxlanılıb və onlara qarşı hüquqi prosedurlar davam etdirilir.

İstintaq çərçivəsində hadisənin bütün detalları araşdırılır.

Demokrat.az

NE
Nihadə Eyyubova