Sosial

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Azərbaycanda bir sıra audiovizual yayım subyektlərinin lisenziyaları ilə bağlı dəyişikliklər edilib.

Demokrat.az xəbər verir ki, Audiovizual Şuradan verilən məlumata görə, 2026-cı ilin ilk üç ayı ərzində üç məhdud məsuliyyətli cəmiyyətə (MMC) yeni lisenziyalar təqdim olunub, eyni zamanda üç şirkətə verilmiş lisenziyalar ləğv edilib.

Yanvar ayında “Azercell Telekom” MMC-yə “Kinon” xidmət adı ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları verilib. Həmin dövrdə “Neftçi Media” MMC-nin peyk yayımı həyata keçirməyən platforma yayımçısı üzrə lisenziyası isə qüvvədən düşüb.

Fevral ayında lisenziyalaşdırma prosesi davam etdirilərək “Kinobox” MMC-yə “Kinobox” xidmət adı ilə sifarişli yayım xidməti provayderi lisenziyası təqdim olunub. Eyni zamanda, “Mahnı” MMC peyk yayımı həyata keçirməyən platforma yayımçısı kimi fəaliyyət göstərmək üçün lisenziya əldə edib və onun televiziya kanalı “Mahnı TV” adlandırılıb.

Mart ayında isə daha iki şirkətin fəaliyyəti ilə bağlı qərar qəbul edilib. Belə ki, “Rahat Telecom” MMC və “SN Telecom” MMC-yə verilmiş universal platforma operatoru lisenziyaları ləğv olunub.

Beləliklə, ilin ilk rübündə audiovizual yayım sektorunda həm yeni iştirakçıların bazara daxil olması, həm də bəzi operatorların fəaliyyətinin dayandırılması ilə müşahidə olunan dinamik dəyişikliklər baş verib.(teleqraf)

Demokrat.az

NE
Nihadə Eyyubova