Hadisə

Ağdamda bədbəxt hadisə — Fəhlə öldü

Ağdamda bədbəxt hadisə — Fəhlə öldü

Ağdamda bədbəxt hadisə baş verib.

İşğaldan azad edilmişEyvazxanlı kəndindəaparılan tikinti işləri zamanı 1990-cı il təvəllüdlü Babayev İlkin Mahir oğlu həyatını itirib.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. İlkin ehtimallara görə, ölüm istehsalat zamanı baş verən bədbəxt hadisə nəticəsində qeydə alınıb.

Faktla bağlı araşdırma başlanılıb. Müvafiq qurumlar hadisənin səbəblərini müəyyənləşdirmək istiqamətində tədbirlər görür.

Demokrat.az

NE
Nihadə Eyyubova