Maraqlı

Sobanın qapağından asılan əl dəsmalının işıq puluna təsiri varmış

Sobanın qapağından asılan əl dəsmalının işıq puluna təsiri varmış

Mətbəxdə hər kəsin etdiyi sadə hərəkət əslində həm evinizi, həm də büdcənizi təhlükəyə atır. Söhbət soba qapağının tutacağına asılan mətbəx dəsmallarından gedir. İlk baxışda rahat və dekorativ görünsə də, bu vərdiş texniki fəsadlara yol aça bilər.

Soba qapaqları xüsusi çəki balansına uyğun hazırlanır. Oraya asılan dəsmalların yaratdığı daimi yük zamanla qapağın petlələrini sıradan çıxarır. Petlələr boşaldığı üçün qapaq tam qapanmır. Bu isə bişirmə zamanı daxili istiliyin xaricə sızması deməkdir. Nəticədə yeməklər gec bişir, elektrik və ya qaz sərfiyyatı isə dəfələrlə artır.

Məsələnin daha qorxulu tərəfi yanğın riskidir. Müasir sobaların qapaq hissəsində cihazın həddindən artıq qızmasının qarşısını alan havalandırma boşluqları olur. Dəsmal həmin boşluqları örtdükdə cihazın elektron sistemi zərər görür. Həmçinin sobadan çıxan yüksək istilik tezalışan parçaları hər an alovlandıra bilər.

Gigiyena qaydalarını da unutmaq olmaz. Yerə yaxın asılan dəsmallar mətbəxdəki hərəkət zamanı daha tez çirklənir və qida təhlükəsizliyinə zərər verir. Odur ki, mətbəx dəsmallarını soba tutacaqlarından yox, xüsusi divar asılqanlarından asmaq həm texnikanın ömrünü uzadır, həm də sizi gözlənilməz qəzalardan qoruyur.

Aytən Demokrat.az

NE
Nihadə Eyyubova