Psixiatr Vladimir Skavış şizofreniyadan əziyyət çəkən şəxslərin nitqindəki ən diqqətçəkən məqamı açıqlayıb. Onun müşahidələrinə görə bu xəstəliyi olan insanlar danışıq zamanı "mən" sözünə sağlam şəxslərlə müqayisədə daha çox yer verirlər.
Həkim bu vəziyyətin səbəbini pasiyentlərin daxili aləmlərinə həddindən artıq qapanması ilə əlaqələndirir. Xəstəlik insanın yalnız öz düşüncə və hissləri ilə maraqlanmasına gətirib çıxarır ki, bu da birbaşa danışıq tərzində özünü büruzə verir. VladimirSkavış qeyd edir ki, nitqdəki cümlə uyğunsuzluqları və mövzudan kənar ifadələr də diaqnoz üçün vacib olsa da, məhz şəxs əvəzliyinin tez-tez təkrarlanması ən sabit əlamətlərdən biridir.
Bu xüsusiyyətin xüsusilə gənclər və yeniyetmələr arasında xəstəliyin erkən mərhələdə müəyyən edilməsi üçün faydalı olacağı vurğulanır. Həkimlər hesab edirlər ki, nitq təhlili vasitəsilə risk qrupunda olanları daha sürətli aşkarlamaq mümkündür.
İsmayıl Demokrat.az


