Hadisə

Qusarda 27 yaşlı gənci sel apardı

Qusarda 27 yaşlı gənci sel apardı

Bu gün saat 14:04 dəqiqədə "112" qaynar telefon xəttindən Şimal Regional Mərkəzinin Operativ məlumat şöbəsinə Qusar rayonu, Gündüzqala kənd ərazisindən keçən Quru çayda 1 nəfəri sel aparması barədə məlumat daxil olub.

Demokrat.azBizim.Media-ya istinadən xəbər verir ki, Quru çaya sel gəlməsi nəticəsində Qusar rayonunun Gündüzqala kənd sakini, 27 yaşlı Farik Fərid oğlu Rəsulovu güclü sel aparıb.

Qusar FHK-dan məlumat təsdiqlənib.

D
demokrat.az