Maraqlı

Araz Ağalarov arvadından boşanıb 27 yaşlı xanımla ailə qurdu

Araz Ağalarov arvadından boşanıb 27 yaşlı xanımla ailə qurdu

Araz Ağalarovun şəxsi həyatında dəyişiklik baş verib.

Rusiya mediasının məlumatına görə, uzun illərdir birlikdə olduğu həyat yoldaşı İrina Ağalarovadan ayrılan iş adamı yeni evlilik həyatı qurub.

Bildirilir ki, 70 yaşlı biznesmen 27 yaşlı Alyona İvanova ilə rəsmi nikaha daxil olub.

Qeyd olunur ki, onun yeni həyat yoldaşı artıq sosial şəbəkə hesablarında və rəsmi sənədlərində soyadını dəyişərək Ağalarova kimi qeyd etdirib.

Xatırladaq ki, Araz Ağalarovun əvvəlki evliliyindən iki övladı var: tanınmış müğənni Emin Ağalarov və qızı Şeyla Ağalarova.

Demokrat.az

NE
Nihadə Eyyubova