Martın 30-dan aprelin 5-nə qədər olan həftə bürclər üçün mühüm yeniliklər vəd edir. Həftənin əsas astroloji hadisəsi aprelin 2-də Tərəzi bürcündə baş verəcək dolunaydır.
Demokrat.az bildirir ki, kosmik enerji sevgi, karyera və şəxsi inkişaf sahələrində vacib qərarların veriləcəyini göstərir.
Qoç
Həyatınızdakı insanlarla münasibətlərinizi yenidən nəzərdən keçirirsiniz. Kiminlə hansı istiqamətdə davam edəcəyinizlə bağlı qəti qərar vermək vaxtıdır.
Buğa
Gündəlik həyat ritminizdə və iş mühitinizdə nizam yaratmaq üçün yaxşı imkanlar yaranır. Zərərli vərdişlərdən qurtulmaq üçün uyğun zamandır.
Əkizlər
Hissləriniz və xoşbəxtlik anlayışınız dəyişir. Xüsusilə sevgi həyatınızda sizi yoran qeyri-müəyyənliklər aradan qalxır, daha rahat hiss edirsiniz.
Xərçəng
Ailə, ev və şəxsi məkanınızla bağlı yeniliklər gözlənilir. Yaşayış yerinizlə bağlı ciddi qərarlar verə bilərsiniz.
Şir
Yaxın çevrənizlə ünsiyyətdə sərhədləri yenidən müəyyənləşdirirsiniz. Kimə nə qədər vaxt ayıracağınızı və harada dayanacağınızı dəqiqləşdirirsiniz.
Qız
Öz dəyərinizi daha aydın dərk edirsiniz. Zəhmətinizin qarşılığını almaq və maddi vəziyyətinizi yaxşılaşdırmaq üçün konkret addımlar atırsınız.
Tərəzi
Bürcünüzdə baş verən dolunay sizin üçün dönüş nöqtəsidir. Həyatınızın idarəsini əlinizə alır, yeni mərhələyə keçirsiniz.
Əqrəb
Daxili aləminizdə təmizlənmə prosesi başlayır. Gizli qalan məqamlar üzə çıxa bilər, bu isə ruhsal yenilənməyə kömək edəcək.
Oxatan
Sosial mühitinizdə və dostluq münasibətlərinizdə süzgəc prosesi gedir. Gələcək planlarınız daha aydın formalaşır.
Oğlaq
Karyera və cəmiyyətdəki mövqeyinizlə bağlı yeni imkanlar yaranır. Qarşınızdakı maneələr tədricən aradan qalxır.
Dolça
Dünyagörüşünüz və inanclarınız yenilənir. Yeni biliklər, uzaq səfərlər və fərqli mədəniyyətlərlə bağlı mövzular diqqət mərkəzindədir.
Balıqlar
Maliyyə məsələləri və ortaq gəlirlərlə bağlı çətinlikləri həll etmək üçün uyğun zamandır. Ruhən yeniləndiyinizi hiss edirsiniz.
Aytən Demokrat.az


