Sağlam qalmaq üçün saatlarla idman zalında vaxt keçirməyə və ya ağır pəhrizlər saxlamağa ehtiyac yoxdur. Sidney Universitetinin alimləri sübut edib ki, gündəlik rejimdə edilən çox kiçik dəyişikliklər belə ürək-damar xəstəlikləri riskini 10 faiz azalda bilir.
Demokrat.az xəbər verir ki, bunun üçün gün ərzində cəmi üç sadə qaydaya əməl etmək kifayətdir.
Tədqiqatlara görə, hər gün 11 dəqiqə artıq yatmaq, təxminən 5 dəqiqə sürətli hərəkət etmək və rasiona cəmi 60 qram tərəvəz əlavə etmək kifayətdir. Alimlər 500 mindən çox insan üzərində apardıqları müşahidələr nəticəsində bu qənaətə gəliblər. Sürətli yerimək, pilləkən qalxmaq və ya ağır çanta daşımaq kimi gündəlik işlər də orqanizm üçün aktiv fiziki hərəkət hesab olunur.
Ən ideal nəticəni isə gündə 8-9 saat yatan və hər gün ən azı 40 dəqiqə hərəkətdə olan insanlar əldə edir. Bu cür həyat tərzi sürənlərdə infarkt və insult riski 57 faiz daha aşağıdır.
Həkimlər bildirir ki, həyatımızda etdiyimiz bu kiçik "mikrovərdişlər" zamanla birləşərək bizi ciddi sağlamlıq problemlərindən sığortalayır.
İsmayıl Demokrat.az


