Televiziya dünyası növbəti itki ilə sarsılıb. Nicholas Brendon 54 yaşında vəfat edib. Onun ölüm xəbərini ailəsi sosial şəbəkədə paylaşaraq aktyorun yuxuda dünyasını dəyişdiyini bildirib.
Sənətçi daha çox "Buffy the Vampire Slayer" serialındakı Ksander Harris obrazı ilə yadda qalıb. İllər boyu televiziya izləyicilərinin sevimlisinə çevrilən bu rol ona şöhrətqazandırmışdı.
Ailəsinin yaydığı məlumata görə, Brendon son dövrlərdə rəssamlığa maraq göstərir, vaxtının böyük hissəsini bu sahəyə ayırırdı. Bildirilir ki, o, bir müddətdir adı açıqlanmayan xəstəliklə mübarizə aparırmış. Aktyor daha əvvəl zərərli vərdişlərinin sağlamlığına təsir etdiyini etiraf etmiş, onurğa ilə bağlı ciddi sindromdan əziyyət çəkdiyini açıqlamışdı.
Qeyd olunur ki, Nicholas Brendon 2022-ci ildə infarkt keçirib, daha sonra ona anadangəlmə ürək qüsuru diaqnozu qoyulub. Karyerası ərzində Criminal Minds və Private Practice kimi məşhur layihələrdə də rol alıb.
Onun vəfatı sənət dostları arasında da dərin kədər doğurub. “Buffy” serialındakı tərəf müqabili Alyson Hannigan aktyoru sevgi ilə xatırladığını bildirib.
1971-ci il təvəllüdlü Brendon sonuncu dəfə 2021-ci ildə çəkilən Wanton Want filmində rol almışdı. Ailəsi bu çətin günlərdə şəxsi həyatlarına hörmətlə yanaşılmasını xahiş edib.
İsmayıl Demokrat.az


