Sosial

Hava ilə bağlı xəbərdarlıq

Hava ilə bağlı xəbərdarlıq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Demokrat.az xəbər verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Demokrat.az

NE
Nihadə Eyyubova