Dünya

Quterreş: İrandakı müharibə nəzarətdən çıxa bilər

Quterreş: İrandakı müharibə nəzarətdən çıxa bilər

ABŞ və İsrailin tamamilə nəzarətdən çıxmaq riski olan müharibəyə son qoymasının, İranın isə qonşu ölkələrə zərbələri dayandırmasının vaxtı çatıb.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş Brüsseldə Yaxın Şərqdəki vəziyyətin müzakirəsi zamanı bildirib.

"Bu münaqişə daha da genişlənə bilər, nəticədə mülki əhaliyə böyük ziyan görər və onun dünya iqtisadiyyatı üçün nəticələri, xüsusilə üçüncü dünya ölkələri üçün, həqiqətən də çox ağır olar," - BMT-nin Baş katibi qeyd edib.

O, həmçinin İrana müraciət edərək heç vaxt münaqişənin tərəfi olmayan qonşu dövlətlərə hücumları dayandırmağı tələb edib.

"BMT Təhlükəsizlik Şurası bu hücumları pisləyib və onların dayandırılmasını, eləcə də Hörmüz boğazının açılmasını tələb edib. Onun uzun müddət bağlı qalması bütün dünyada bu münaqişəyə heç bir aidiyyəti olmayan xalqlara böyük problemlər yaradır", - Quterreş bildirib.

"Avropa İttifaqı BMT və çoxtərəfli əməkdaşlıq üçün əsas dayaqdır", - o qeyd edib.(Report)

Demokrat.az

NE
Nihadə Eyyubova