Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə şəhərə 46 ailə olmaqla, 177 nəfər qayıdıb.
Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
*** 12:37
Növbəti köç karvanı Xocalının Xanabad kəndinə çatıb, ailələrə mənzillərin açarları təqdim olunub.
Demokrat.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə Xanabad kəndinə 19 ailə (89 nəfər) qayıdışı təmin edilib.
Ailələri Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bununla da Xanabad kəndinə daimi qayıdışı təmin olunan ailələrin ümumi sayı 78 ailə (346 nəfər) çatdırılıb.


