Ekranların maraqla gözlənilən "Eşref Rüya" serialının aktyor heyəti genişlənməkdə davam edir. Baş rollarını Demet Özdemir və Çağatay Ulusoyun paylaşdığı layihəyə Hamdi Alp dəvət alıb.
Demokrat.az-ın məlumatına görə aktyorun iddialı ekran işində "Cezayirli" personajına həyat verəcəyi bildirilir.
Hazırda çəkilişləri davam edən serialın bu yeni transferlə hekayəyə fərqli rəng qatacağı gözlənilir. Tamaşaçılar Hamdi Alpın canlandıracağı obrazın əsas qəhrəmanların həyatına necə təsir edəcəyini maraqla gözləyirlər.

İsmayıl Demokrat.az


