Siyasət Özəl

Laricanini üzüyündən tapıblar — FOTO

Laricanini üzüyündən tapıblar — FOTO

İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricaninin İsrail tərəfindən hədəf alınaraq öldürülməsi ilə bağlı yeni təfərrüatlar açıqlanıb. Tehrandakı evində baş verən partlayışda Laricaninin kimliyi barmağındakı üzük vasitəsilə müəyyən edilib. İsrail mediasının yayımladığı görüntülərdə dağıntılar altında qalan əlin məhz ona aid olduğu iddia edilir.

Demokrat.az-ın məlumatına görə İran tərəfi itkini rəsmən təsdiqləyib. Dövlət televiziyasının məlumatına görə, hücum nəticəsində Əli Laricani ilə yanaşı oğlu Mürtəza, müavini Əlirza Beyat və şuranın bir neçə əməkdaşı da həlak olub. Hadisədən dərhal sonra İran Baş Qərargah rəhbəri Əmir Hatəmi bu hücumun cavabsız qalmayacağını və qətiyyətli qisas alınacağını bildirib.

Tehrandakı ev partlayışdan sonra tamamilə dağılıb. İsrail ordusunun sosial media hesablarında paylaşılan fotoşəkillərdə dağıntılar arasından görünən üzüklü əl detalları ön plana çıxarılıb və bu detalın təşhis prosesində əsas sübut kimi istifadə olunduğu qeyd edilir.

Laricanini üzüyündən tapıblar — FOTO

Bu gün paytaxt Tehranda Əli Laricani və Bəsic qüvvələrinin komandanı Qulamrza Süleymani üçün genişmiqyaslı vida mərasimi təşkil olunub. İnqilab meydanında keçirilən mərasimdə martın əvvəlində ABŞ-ın hərbi gəmisinin batması nəticəsində həlak olan dənizçilər də yad edilir.

Əli Laricani İranın siyasi iyerarxiyasında ən nüfuzlu simalardan biri idi. Riyaziyyat və fəlsəfə təhsili alan Laricani uzun illər parlament sədri və nüvə məsələləri üzrə baş müzakirəçi kimi fəaliyyət göstərib. O, 2025-ci ilin avqustunda Milli Təhlükəsizlik Ali Şurasının rəhbəri təyin olunmuş və ölkə rəhbərliyinin etibarlı kadrlarından sayılırdı.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova