Hadisə Özəl

İranda Atom Elektrik Stansiyasına raket düşdü

İranda Atom Elektrik Stansiyasına raket düşdü

İranın Buşehr Atom Elektrik Stansiyası ərazisinə raket düşüb. İran Atom Enerjisi Qurumu tərəfindən yayılan məlumata görə, mərmi kompleksin sahəsinə düşsə də, kritik infrastruktur obyektlərinə ziyan dəyməyib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, hadisə nəticəsində ölən və yaralanan yoxdur, stansiya isə fəaliyyətini normal rejimdə davam etdirir.

Demokrat.az-ın məlumatına görə Rəsmi Tehran nüvə obyektlərinin hədəfə alınmasını beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndirib. İran rəsmiləri bu cür addımların təkcə ölkə daxilində deyil, bütün regionda ciddi və qarşısıalınmaz fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər. Xüsusilə Bəsrə körfəzi ölkələri üçün ekoloji risklərin yarana biləcəyi vurğulanır. Bildirilir ki, nüvə obyektlərinin münaqişə zonasına çevrilməsi təhlükəli mərhələnin başlanğıcı sayıla bilər və mümkün sızıntılar qlobal miqyasda fəlakətə gətirib çıxara bilər.

Fevralın sonlarından etibarən ABŞ və İsrail tərəfindən başlanan hərbi əməliyyatlar fonunda bölgədə gərginlik pik həddə çatıb. İran isə cavab olaraq Qətər, BƏƏ və Bəhreyn ərazilərində yerləşən ABŞ hərbi bazalarını hədəf alıb. Son məlumatlara görə, qarşılıqlı zərbələr nəticəsində ölənlərin sayı 1300-ü keçib, minlərlə yaralı var.

Beynəlxalq müşahidəçilər stansiyadakı vəziyyəti yaxından izləyir. Çünki Buşehr obyektı İranın mülki nüvə proqramının ən mühüm hissələrindən biri hesab olunur.

Hazırda stansiyada təhlükəsizlik tədbirləri gücləndirilib, radiasiya fonunda isə hər hansı dəyişiklik qeydə alınmayıb.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova