Hadisə Özəl

7 nəfər zibillərin altında qalıb öldü

7 nəfər zibillərin altında qalıb öldü

İndoneziyanın Bekasi şəhərində yerləşən nəhəng zibil poliqonunda faciə yaşanıb. Güclü yağışlar nəticəsində yaranan tullantı uçqunu 7 nəfərin həyatına son qoyub.

Demokrat.az xəbər verir ki, ölənlər arasında iki sürücü, üç işçi və yaxınlıqdakı mağazalarda çalışan iki nəfər var. Hadisə zamanı ərazidə olan digər 6 nəfər isə xilas ola bilib. Fəlakətlərlə Mübarizə Agentliyinin rəsmisi Əbdül Muhari yağışların davam edəcəyini bildirib. O, poliqon ərazisində ehtiyatlı olmağı tapşırıb.

Həmçinin oxu: ​​​​​​​Zibilə atılan bu meyvə qabığı qırmızı ətdən daha faydalıdır Ağaclar çiçək açana qədər evə mütləq vazelin alın — Səbəb Kilosunu 30 manata alırıq: Xəstəlik yaradırmış — İllər sonra açıqlandı

Cakarta yaxınlığındakı Bantaragebang poliqonu ölkənin ən böyük zibil sahəsidir. 110 hektarlıq əraziyə hər gün paytaxtdan 8 min tondan çox tullantı daşınır. Poliqon həddindən artıq dolduğu üçün burada tez-tez uçqunlar baş verir. Rəsmilər bu vəziyyəti tullantıların idarə olunması sistemindəki uğursuzluqla əlaqələndirirlər.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova