İqtisadiyyat Özəl

Neftin qiyməti "uçacaq"

Neftin qiyməti uçacaq

Qlobal enerji təhlükəsizliyi hazırda ağır sınaq qarşısındadır. İranın LNG terminalına endirdiyi zərbədən sonra Qətər enerji tədarükü ilə bağlı öhdəliklərini icra edə bilməyəcəyini rəsmən elan edib. Ölkənin fors-major vəziyyətinə düşməsi beynəlxalq bazarlarda qiymət artımını qaçılmaz edir.

Siyasi şərhçi Turab Rzayev hesab edir ki, vəziyyət proqnozlaşdırıldığından daha ciddidir. Ekspertin fikrincə, hətta hərbi əməliyyatlar dərhal dayandırılsa belə, infrastrukturun bərpası üçün ən azı 4 həftə vaxt lazımdır. Digər körfəz ölkələrinin də oxşar problemlərlə üzləşdiyi, lakin cərimələrdən yayınmaq üçün bu faktı gizli saxladıqları bildirilir. Mövcud gərginlik davam edərsə, regionun digər enerji ixracatçıları da analoji qərarlar verməli olacaq

Qətərin tədarük zəncirindəki boşluq Asiya bazarlarında ciddi gərginlik yaradıb. Çin, Hindistan, Cənubi Koreya və Tayvan kimi ölkələr idxal etdikləri LNG-nin böyük hissəsini məhz Qətərdən alırdı. İndi bu dövlətlər digər təchizatçılara yönəlmək məcburiyyətində qalacaq. Artıq Avropada qazın birja qiymətlərində 5 faizdən çox bahalaşma müşahidə olunur.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova