Mart ayı astroloji mənada enerji axınının sürətləndiyi və qeyri-müəyyənliklərin arxada qaldığı dövrə çevrilir. İndiyədək davam edən Merkuri retrosunun yaratdığı çətinliklər və Balıq bürcünün ağır enerjisi yerini 20 martdan etibarən yeni və dinamik bir dövrə verir.
Demokrat.az xəbər verir ki,astroloqlar bu dəyişikliyin xüsusilə üç bürc üçün həyatın axışını tamamilə yeniləyəcək bir dönüş nöqtəsi olacağını bildirirlər.
Qoç bürcü üçün yenidən doğuş başlayır. Son həftələrdə tükənmişlik və enerji çatışmazlığı yaşayan Qoçlar üçün martın son on günü yeni başlanğıc vəd edir. Günəşin öz bürcünə keçməsi ilə motivasiyası yüksələn Qoçlar, ünsiyyətdəki qarışıqlıqları geridə qoyaraq liderlik xüsusiyyətlərini ön plana çıxaracaq. Strategiya və qərar qəbul etmək üçün martın son həftəsi onlar üçün ən məhsuldar dövr hesab olunur.
Əkizlər bürcündə maneələr aradan qalxır. Hökmdar planetləri Merkurinin düz hərəkətə başlaması Əkizlər üçün əsas maneələrin yox olması deməkdir. Proseslərin sürətləndiyi bu dövrdə qərarlarına inamı artan Əkizlər, uzun müddətdir nəticə verməyən layihələrin irəlilədiyini görəcək. Sosial dairənin genişlənməsi və yeni dəstəkçi insanların həyata daxil olması əkizlərin özgüvənini bərpa edəcək.
Oxatanlar üçün yeni səhifə açılır Ayın əvvəlindəki tutulmalar və Balıq bürcünün təsiri ilə müəyyən durğunluq yaşayan Oxatanlar daxili güclərini yenidən kəşf etmək ərəfəsindədir. Yanlış anlaşılmaların aradan qalxması ilə dialoqlar yenidən canlanır. Xüsusilə 18 martdakı yeni ay, peşəkar sahədə yeni bir mərhələnin başlanğıcı olacaq. Ayın sonuna doğru nüfuzunun artacağı gözlənilən Oxatanlar, çevrəsindəki insanlar üçün rəhbər mövqeyinə yüksələcək.
İsmayıl Demokrat.az


