Maraqlı

Bu kənddə kişilərin də, qadınların da adı eynidir

Bu kənddə kişilərin də, qadınların da adı eynidir

Türkiyənin Samsun şəhərinin Mısmılağaç və Universitet məhəllələrində sakinlərin ad seçimi ilə bağlı olduqca qeyri-adi bir ənənə formalaşıb. İllərdir davam edən bu ənənəyə əsasən, bölgədəki kişilərin böyük əksəriyyətinə Yahya, qadınlara isə Sati adı verilir.

Demokrat.az xəbər verir ki, eyni adların kütləvi şəkildə qoyulması gündəlik həyatda ciddi qarışıqlıqlara yol açır. Məhz buna görə də sakinlər bir-birini adla deyil, müxtəlif ləqəblərlə çağırmağa üstünlük verirlər. Yerli sakinlərin dediyinə görə, bu ənənə artıq məhəllənin özünəməxsus nişanına çevrilib və qarışıqlıqdan qaçmaq üçün ləqəb sistemi ən səmərəli çıxış yoludur.

Sözügedən fakt sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb. İstifadəçilər arasında "nəslin davamı" kimi qiymətləndirilən bu maraqlı ənənənin kökləri və onun uzun illərdir necə qorunub saxlanılması çoxlarını heyrətləndirib. (milli.az)

Demokrat.az

NE
Nihadə Eyyubova