Dünya

İran ABŞ-nin Ər-Riyaddakı səfirliyini vurdu — VİDEO

İran ABŞ-nin Ər-Riyaddakı səfirliyini vurdu — VİDEO

İran ABŞ-nin Ər-Riyaddakı səfirliyinə pilotsuz uçuş aparatları ilə hücum edib.

Bu barədə "CNN" məlumat yayıb.

Səudiyyə Ərəbistanı rəsmiləri də ABŞ-nin diplomatik missiyasına zərbə endirildiyi xəbərini təsdiqləyib.

ABŞ Prezidenti Donald Tramp da bəyanatla çıxış edib. O, ABŞ-nin Ər-Riyaddakı səfirliyinə hücuma və amerikalı hərbçilərin ölümünə cavab veriləcəyini deyib.

"Cavabın nə olacağını tezliklə biləcəksiniz", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp, həmçinin ölkəsinin obyektlərinə və ərazilərinə növbəti hücum təhlükəsindən narahat olmadığını da qeyd edib. (Oxu.Az)

Demokrat.az

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

NE
Nihadə Eyyubova