Aparıcı və prodüser Tarix Əliyevin (Tolik) Space TVdə yayımlanan “Tarixin bir günü” verilişi dayandırılıb.
Demokrat.azmilli.az-a istinadla xəbər verir ki, proqramın bağlanmasından sonra həmin efir vaxtı artıq başqa layihəyə həvalə olunub. Bu gündən etibarən sözügedən saatda tamaşaçılar İbrahim Azərinin təqdimatında yayımlanan “İbo şou”nu izləyirlər.
Veriliş hazırda canlı olaraq efirə gedir. Kanal tərəfindən dəyişikliklə bağlı əlavə açıqlama verilməyib.
Demokrat.az


