Rusiyanın Seçenov Universitetinin gənc alimləri kariyesə qarşı yeni üsul tapıblar. Onlar tərkibində xüsusi fermentlər olan "ağıllı" saqqız hazırlayıblar. Bu məhsul həm diş ərpini təmizləyir, həm də emalı gücləndirir. Layihə artıq patentləşdirmə mərhələsinə keçib.
Demokrat.az xəbər verir ki, yeni saqqız gün ərzində, yəni yeməkdən dərhal sonra istifadə üçün nəzərdə tutulub. Məhz bu vaxtlarda dişlərin üzərində qalıqlar toplanır və zərərli təbəqə yaranır. Alimlərin sözlərinə görə, saqqızdakı fermentlər çeynəmə zamanı yumşaq ərpi həll edir. "Fermentlər kompleksi bakteriyalara təsir edir, kalsium isə emalı möhkəmləndirir" deyə tədqiqatçılar bildirir.
Bu ixtiranın maraqlı bir xüsusiyyəti də var. Məhsul müntəzəm istifadə edildikdə dişin səthində qoruyucu qat yaradır. Bu qat hətta saqqızdan istifadəni dayandırdıqda belə dişləri zədələnməkdən qorumağa davam edir.
Alimlər bildiriblər ki, bu vasitə diş fırçasını əvəz etmir, sadəcə əlavə qoruma yaradır. Gələcəkdə immuniteti gücləndirən və siqareti tərgitməyə kömək edən növlərin də çıxarılması planlaşdırılır.
İsmayıl Demokrat.az


