Maliyyə

“Qala Həyat Sığorta”dan unikal təklif: sağalmaz xəstəliklərdən sığortalanın…

“Qala Həyat Sığorta”dan unikal təklif: sağalmaz xəstəliklərdən sığortalanın…

“Qala Həyat Sığorta Şirkəti” ASC sağlamlıqla bağlı risklərə qarşı yeni və əhatəli həllini “Sağalmaz Xəstəliklərdən Sığorta” adlı məhsulunu təqdim edir.

Demokrat.az xəbər verir ki, məhsul ağır və həyati təhlükə yaradan xəstəliklər zamanı sığorta olunan şəxslərə maliyyə dəstəyi göstərməyi nəzərdə tutur.

Şirkətdən verilən məlumata görə, sığorta çərçivəsində xərçəng, miokard infarktı, insult, terminal böyrək çatışmazlığı və digər ciddi xəstəliklər zamanı ödəniş həyata keçirilir. Bu dəstək xəstəliyin yaratdığı gözlənilməz maliyyə yükünü azaltmağa və ailə büdcəsinin sabitliyini qorumağa imkan verir.

Ağır diaqnoz hallarında əsas çətinliklərdən biri müalicə xərcləri və gündəlik həyatın davamlılığının təmin edilməsidir. “Sağalmaz Xəstəliklərdən Sığorta” məhsulu məhz bu mərhələdə vətəndaşlara əlavə maliyyə dayağı təqdim edir.

Belə sığorta mexanizmi həm fərdi, həm də ailəvi maliyyə planlamasının vacib hissəsinə çevrilir və risklərin idarə olunmasında effektiv alət rolunu oynayır.

Sözügedən məhsuldan yararlanmaq üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiz:

Ünvan: Bakı şəhəri, İzmir küçəsi 5 A Qaynar xətt: 1540 Telefon: (012) 404 77 74

Demokrat.az

NE
Nihadə Eyyubova