ABŞ-də Kolumbiya Universitetinintələbəsi, Azərbaycan vətəndaşıElmina Ağayeva saxlanılıb.
Demokrat.az Ajans.azistinadən xəbər verir ki,o və digər dörd tələbə universitetin şəhərciyindəDaxili Təhlükəsizlik Departamentinin (DHS) agentləri tərəfindən saxlanılıblar. Məlumata görə,DHS əməkdaşları saxlanılan şəxslərin mənzildə axtarış aparıblar.

Qeyd olunur ki,Elmina Ağayeva saxlanıldıqdan bir müddət sonra sərbəst buraxılıb. Onun azad edilməsindəNyu-York meri Zöhran Məmdani rol oynayıb. Belə ki, mer tələbənin saxlanılmasından bir neçəsaat sonraVaşinqtonda Prezident Donald Trampla görüşü zamanı Ağayevanın azad edilməsini xahiş edib.Məmdani prezidentə və onun aparat rəhbərinə Nyu-Yorkda saxlanılmış daha dörd tələbənin siyahısını da təqdim edərək işlərinə xitam verilməsini istəyib. Daha sonra baş tutan telefon danışığında Tramp Ağayevanın “yaxın zamanda” azad ediləcəyini deyib.
Elmina Ağayevanın sərbəst buraxılma xəbəriniuniversitet rəhbərliyi təsdiqləyib.
Bildirək ki,Azərbaycan vətəndaşı E.Ağayeva Kolumbiya UniversitetinindəNeyroelm və siyasi elmlər ixtisası üzrə təhsil alır. O sonuncu kurs tələbəsidir.Həmçinin,Ağayeva sosial şəbəkədə populyardır.
Onun hansı səbəbdənsaxlanılması isə açıqlanmayıb.


