Son illər azərbaycanlı gənclərin xaricdə, xüsusilə də Çində ali təhsil almağa marağı artmaqdadır. Bu istiqamətdə uğur qazananlardan biri də Abşeron rayonunun Pirəkəşkül kənd tam orta məktəbinin şagirdi Nilufər Şükürovadır.
Demokrat.az xəbər verir ki, “ATV xəbər” dünyanın nüfuzlu ali məktəblərindən biri olan NYU Shanghai universitetinə tam təqaüdlə qəbul alan şagirdlə həmsöhbət olub.
“İnteraktiv media və biznes” ixtisasına qəbul alan Nilufər seçim səbəbini belə izah edib: “Ailəmlə universitet seçimi edəndə gördük ki, Çin ən inkişaf etmiş ölkələrdən biridir. Həmçinin NYU Şanxay universitetində bütün xarici tələbələrə çin dili öyrədilir. Fikirləşdim ki, gələcəkdə bu, mənim üçün fürsət olar”.
N.Şükürova bildirib ki, ümumi təhsil xərcləri 82 min ABŞ dolları təşkil edir: “Təhsilhaqqı, yataqxana, tibbi-sığorta kimi xərclərim 82 min dollar (139 min 400 manat) edir. Mənim təqaüdüm isə 72 min dollara (122 min 421 manat) yaxın məbləğdir. Bu isə o deməkdir ki, 82 min dollardan 72 min dolları universitet tərəfindən qarşılanacaq. Mənə qalan isə yalnız 10 min dollardır. Hər il ailəm universitetə 10 min dollar (17 min AZN) ödəyəcək”.
Həmçinin oxu: Minlərlə ailənin özəl görüntüləri yayıla bilər — Evlərdəki bu bahalı alət 'casus' imiş Tolikə yüksək vəzifə verildi Kartofun yanına niyə alma qoyurlar?
Məlumata görə, 2024/2025-ci tədris ilində 72 Azərbaycan vətəndaşı dövlət xətti ilə Çində təhsil alır. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Demokrat.az


