Cəmiyyət Özəl

Türkiyəli kişilər ən çox bu ölkələrdən olan qadınlarla evlənir — Siyahıda Azərbaycan da var

Türkiyəli kişilər ən çox bu ölkələrdən olan qadınlarla evlənir — Siyahıda Azərbaycan da var

Türkiyədə xarici vətəndaşlarla bağlanan nikahların statistikası açıqlanıb və siyahıda Azərbaycanın adı yenə ön sıralarda yer alıb.

Demokrat.az xəbər verir ki, Türkiyə Statistika Qurumu (TÜİK) tərəfindən yayımlanan 2025-ci ilin rəsmi məlumatlarına əsasən, ötən il Türkiyə vətəndaşı olan kişilər ümumilikdə 28 646 xarici ölkə vətəndaşı qadınla ailə həyatı qurub. Bu evliliklər arasında 1 948 nəfər azərbaycanlı qadın yer alıb. Beləliklə, azərbaycanlı xanımlar ümumi göstəricinin 6,8 faizini təşkil edərək ən çox seçilən xarici gəlinlər sırasında 4-cü pillədə qərarlaşıb.

Statistikaya görə, Türkiyəli kişilərin ən çox evləndiyi xarici vətəndaşlar arasında ilk üçlükdə Suriya, Özbəkistan və Mərakeş vətəndaşları qərarlaşıb.

Eyni dövrdə Türkiyəli qadınların da xarici ölkə vətəndaşları ilə nikah göstəriciləri açıqlanıb. Məlumata əsasən, 2025-ci ildə 5 347 Türkiyə vətəndaşı qadın xarici vətəndaşla ailə qurub. Onlardan 251 nəfəri azərbaycanlı kişilərlə evlənib. Bu göstərici ilə Azərbaycan Türkiyəli qadınların ən çox ailə qurduğu xarici ölkələr sırasında 5-ci yerdə qərarlaşıb və ümumi evliliklərin 4,7 faizini təşkil edib.

Türkiyəli qadınların ən çox evləndiyi xarici vətəndaşların siyahısında isə ilk pillələrdə Suriya, Almaniya, Əfqanıstan və Avstriya yer alıb.

İsmayıl Demorkat.az

NE
Nihadə Eyyubova