Hadisə

Yevlaxda kafedə PARTLAYIŞ — Ölən var

Yevlaxda kafedə PARTLAYIŞ — Ölən var

Yevlax rayonunda ölümlə nəticələnən partlayış hadisəsi baş verib.

Demokrat.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Aran qəsəbəsi ərazisindəki kafelərdən birində baş verib.

Hadisə zamanı kafedə qaz balonu partlayıb. Partlayış nəticəsində orada olan Yevlax rayon sakini, 1969-cu il təvəllüdlü Ruslan Şirin oğlu Sadıqov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yevlax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilən R.Sadıqov orada ölüb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

D
demokrat.az