Tanınmış aparıcı Tarix Əliyev efir fəaliyyəti ilə bağlı kəskin addım atıb. O, iki müğənnini bundan sonra verilişlərinə dəvət etməyəcəyini açıqlayıb. Aparıcı bu qərarını həmin şəxslərin tamaşaçı zövqünü korlaması ilə əsaslandırıb.
Demokrat.az-ın məlumatına görə Tolik qeyd edib ki, sözügedən sənətçilər əsasən səviyyəsiz proqramlarda tez-tez görünürlər. O, öz qətiyyətini bu sözlərlə ifadə edib:
"Bu gündən özüm üçün qəti qərar verdim. İki müğənni var ki, insanların artıq ürəyini bulandırırlar. Səviyyəli proqramların çoxunda onları görmək mümkün deyil. Mən də qərar verdim ki, bu şəxsləri efirə dəvət etməyəcəyəm."
Prodüser həmçinin çalışdığı kanalın rəhbərliyinə də müraciət edəcəyini bildirib. O, həmin ifaçıların ümumiyyətlə efir məkanından uzaqlaşdırılmasını vacib hesab edir:
"Rəhbərliyimdən də xahiş edəcəyəm ki, ümumiyyətlə verilişimizdə və kanalın efirində yer almasınlar. Tamaşaçı zövqünə hörmət etmək hər şeydən önəmlidir."
Bu qərar sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə olunub.(olay)
Demokrat.az


