Biznes

“AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC-nin 102 min manatdan çox vergi borcu yaranıb

“AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” MMC-nin 102 min manatdan çox vergi borcu yaranıb

“AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu yaranıb.

Demokrat.az32gun.az-a istinadən xəbər verir ki, şirkətin vergi borcu 102.248,69 AZN təşkil edir.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə ŞTQ, Adil Məmmədov 9 MKR, ev 11, m.73 olaraq göstərilir. MMC-nin nizamnamə kapitalı isə 20 manatdır.

Qanuni təmsilçi kimi İsmixan Mustafayev Məmməd oğlu qeyd olunur.

Vergi borcunun hansı dövrü əhatə etdiyi və bununla bağlı əlavə hüquqi tədbirlərin görülüb-görülmədiyi barədə hələlik açıqlama verilməyib.

"Azcagro Logistics and Management Services” MMC bundan əvvəl "ASR-Traffik” MMC adı altında fəaliyyət göstərib. MMC həm də 188 yükdaşıma xidməti kimi tanınır.

Demokrat.az

NE
Nihadə Eyyubova