Hadisə

Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu — anbaan VİDEO

Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu — anbaan VİDEO

Bu gün səhər saat 08:45-də paytaxtın Sabunçu rayonu, Heydər Əliyev prospekti ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azOxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "Fiat" markalı, 77-SE-364 dövlət qeydiyyat nişanlı avtomobil KIA markalı, 99-UB-345 və "Hyundai" markalı, 99-HL-346 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb. Nəqliyyat vasitələrinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Demokrat.az

NE
Nihadə Eyyubova